Sual: Biz qızıl və ipəyin kişiyə haram olduğunu, ən azı təhrimən məkruh olduğunu bilirik. Elə isə kişilərə qızıl və ipək satan şəxs də içki satmaq məsələsində olduğu kimi eyni haram əməli edir?
Cavab: Qızıl və ipək bir maldır. Qadağan olan bu malların satışı deyil, bir kişinin bunları taxmağı və geyinməyidir. ((İpək paltar geyinmək peyğəmbərimiz (s. a. v.) tərəfindən kişilərə qadağan olunub. İpəyin əl böyüklüyündə olanını geyinməyə icazə verilib. Baxın: Tirmizi, Libas, 1; Əbu Davud, Libas, 7.))
Yəni, qızıl və ipəyi satmaq olar. Dini cəhətdən bir problem yoxdur. Çünki bunlar içki və faiz kimi deyil.