Sual: Bəni İsrail kimlərə deyilir? Bu ifadə necə yaranıb?
Cavab: Ərəb dilində “bəni (bənu)” sözünün mənası “oğulları” deməkdir. Elə isə təyini söz birləşməsi olan “bəni-İsrail” ifadəsi “İsrail oğulları” mənasını bildirir.
“İsrail” sözü Yaqub peyğəmbərin (ə. s.) ləqəbidir. Məlum olduğu kimi, Yaqub əleyhissəlam-ın 12 oğlu olub. Bunlardan biri də Yusuf peyğəmbər (ə. s.) idi.
Yaqub peyğəmbərin (ə. s.) oğullarına, yəni, onun nəslindən gələnlərə “İsrail oğulları” deyilir. Yaqub peyğəmbər də öz növbəsində İbrahim peyğəmbərin (ə. s.) nəvəsidir.