Müsəlmanlar
Tövbə edə bilmədən ölən insanın halı necə olacaq?

Tövbə edə bilmədən ölən insanın halı necə olacaq?

Sual: Mən eşitmişəm ki, Allah axirətdə şirk günahını bağışlamayacaq. Tutalım ki, bir müsəlman Allaha şərik qoşdu. Sonra təzədən müsəlmanlığı qəbul etdi. Ancaq tövbə etməyib. Deyək ki, ömrü bəs eləmədi, öldü. Belə bir insan Cəhənnəmdən çıxa bilər?

Cavab: Şirk günahından uzaqlaşıb müsəlman olan insan əslində öz səhvini başa düşüb tövbə etmiş olur. Tövbə etmək “bir günahdan qayıtmaq və bir də həmin günahı etməməyə qərar vermək” deməkdir. Bir insan yaxşı işlər görüb özünü düzətsə, günahları savaba çevrilər.

Allah Təala belə buyurur:

“Rəhmanın qulları… Allah ilə bərabər başqa bir tanrını yardıma çağırmazlar. Haqlı bir səbəb yoxdursa, Allahın toxunulmaz qıldığı canı öldürməzlər, zina etməzlər. Kim bunları edərsə, günaha girər.

Qiyamət günü onun əzabı qatlanır və orada etibarsız olaraq daimi qalır.

Ancaq tövbə edən, inanan və yaxşı iş edən başqa. Allah onların pisliklərini yaxşılığa çevirir. Allah bağışlayar, ikram edər.

Kim tövbə edib saleh əməllərlə məşğul olsa, heç şübhə yoxdur ki, o, Allahın hüzuruna tövbəsi qəbul edilmiş olaraq qayıdar”. (Furqan, 25/68-71)

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.