Müsəlmanlar
Qüsldə sırğa deşiklərini yumaq lazımdır?

Qüsldə sırğa deşiklərini yumaq lazımdır?

Sual: Mənim qulaqlarım deşikdir. Ancaq sırğa taxmıram. Buna görə də qüsl edəndə çətinlik çəkirəm. İynə ilə qulağımı qurcalayıb çalışıram ki, sırğa yerlərinə də su girsin. Belə olduqda qulaqlarım yara olur. Nəticədə hamamda da çox qalıram. Qüsl vaxtı sırğa deşiklərinə mütləq su girməlidir? Belə bir şərt var?

Cavab: Qüsldə belə işlər görməyin. Qulağınızı iynə ilə qurdalamayın! Dində belə bir şərt yoxdur. Çünki qulaqdakı deşiklər bədənin xarici hissələrindən hesab olunmur. Qüsl üçün yerinə yetirilməli olan şeylər çox sadədir. Özünüzü əziyyətə salmayın. Qulaqlarınızı yuduğunuz vaxt arxayınçılıq üçün yavaşca ovuşdurun. Başqa bir şey lazım deyil. İslam dinində belə çətinliklər yoxdur; əksinə, asanlaşdırmalar var. Diqqət yetirin, Allah qüsl və dəstəmazı izah etdiyi Quran ayəsində belə deyir:

“Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz”. (Maidə, 5/6)

Bu ayədən də başa düşüldüyü kimi, Allah bizə dəstəmaz və qüslü əmr etməklə çətinlik törətmək istəmir. Əksinə, bizi tərtəmiz etmək istəyir. Odur ki, qüsl edərkən qulaqdakı deşikləri yumaq şərt deyil. Özünüzü lazımsız yerə çətinliyə salmayın.

Sualınızla əlaqədar olaraq aşağıdakı sual-cavaba da baxın:

http://www.muselmanlar.com/fitvalar/2900.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.