Sual: Cinsi əlaqədən qabaq hansısa bir duanı oxumaq lazımdır? Muhəmməd peyğəmbərin bununla bağlı hədisi var?
Cavab: Sualınızda qeyd etdiyiniz məsələ ilə əlaqədar olaraq peyğəmbərimizdən (s. a. v.) belə bir hədis nəql edilmişdir:
“Mənim ümmətimdən bir nəfər öz yoldaşı ilə yaxınlıq etmək istədiyi vaxt belə desin”:
بِاسْمِ اللهِ اَلّلهُمَّ جَنِّبْنا الشَّيْطانَ وَجَنَّبِ الشَّيْطانَ ما رَزَقْتَنا
Yuxarıdakı duanın oxunuşu belədir:
“Bismillah. Allahummə cənnibna-ş-şeytanə və cənnibi-ş-şeytanə ma rəzəqtəna”
Həmin dua aşağıdakı mənanı verir:
“Bismillah! Allahım, şeytanı bizdən və bizə verəcəyin uşaqdan uzaq et”.
Muhəmməd peyğəmbərin (s. a. v.) bu hədisinə əsasən kim belə desə və onlara bu yaxınlıqdan bir övlad verilsə, şeytan o uşağa heç vaxt ziyan verə bilməz. ((MƏNBƏ: Buxari, Bədu-l-xəlq, 11, Dəavat, 55, Tovhid, 13; Müslim, Nikah, 116 (1434); Əbu Davud, Nikah, 44-45; Tirmizi, Nikah, 8; İbn Macə, Nikah, 27; Əhməd ibn Hənbəl, 1/217.))
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.