Müsəlmanlar

Aybaşı ərəfəsində yaranan ləkələr namaza mane olur?

Sual: Qadınlarda aybaşı dövrünün başlamağına yaxın vaxtlarda meydana gələn ləkələr namaza mane olur? Ləkələrin rənginin bu məsələyə bir dəxli var?

Cavab: Tibb elmindəki məlumatlara əsasən bu vaxt üzə çıxan ləkələr aybaşının birinci günü kimi götürülür. Bildirilir ki, 2-ci və 3-cü gün təkcə ləkələr olsa, qadın bir həkim-ginekoloqa müraciət etməlidir.

Ləkələr aybaşı hesab olunduğu üçün o vaxtdan etibarən namaz qılınmamalıdır. Nəzərə almaq lazımdır ki, aybaşı müddəti ən çox 7 gün çəkir. Qanama 7-ci gündən başlayaraq davam etsə də, namaz qılmağa başlamaq lazımdır. Amma müalicə üçün mütləq bir həkimə müraciət etmək lazımdır. Çünki bu tibb elminin məşğul olduğu bir məsələdir. Biz sadəcə olaraq məsələnin dini cəhətini izah edib sizin soruşduğunuz suala cavab verməyə çalışırıq.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3090.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.