Sual: Mənim heyz müddətimin 10 günü qurtardı. Ancaq az-az ləkələr hələ də olur. Bu halda namaz qıla bilərəm?
Cavab: Bir qadından 3 gündən az və 7 gündən artıq gələn qan heyz qanı deyil. Buna istihazə qanı deyilir. İstihazə qanı adlandırılan həmin qan insan bədəninin digər üzvlərindən gələn qan kimidir. Hənəfi məzhəbi belə hesab edir ki, bu halda qadının dəstəmazı pozulur. Lakin bu məzhəbin əsaslandığı dəlil düzgün deyil. Buna görə də qadın təkcə qanı təmizləyib namazını qıla bilər. Əgər özünə əski parçası və yaxud təmizlənmək üçün başqa bir vasitə qoyubsa, ona toxunan qan qadının namaz qılmağına mane olmur. Qısa desək, namaz qıla bilər.
Odur ki, aybaşı qurtardıqdan sonra yaranan bulanıqlıq mühüm deyil. Bu vaxt namaz qılmaq olar.
Qadın əshabələrdən biri olan Ümmü Atiyyədən (r. a.) belə bir rəvayət nəql olunub:
“Biz aybaşı qurtardıqdan sonra sarılıq və bulanıqlığı (aybaşıdan) bir şey saymırdıq”. ((Buxari, Heyz, 26; Əbu Davud, Təharət, 117; Nəsai, Heyz, 7.))
QEYD: Yuxarıda deyilənlər bu məsələnin dini cəhətdən təhlilindən ibarətdir. Odur ki, qadınlara məxsus hallarla (menstruasiya, menstruasiya siklinin pozulması, zahılıq və sairə kimi şeylər) əlaqədar olaraq mütləq bir qadın xəstəlikləri mütəxəssisinə – ginekoloq-həkimə müraciət etmək lazımdır. Çünki bu tibb elminin məşğul olduğu bir məsələdir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.