Müsəlmanlar

İslama əsasən boşanmaq üçün nə etmək lazımdır?

Sual: Mənim işlərim yaxşı getmədi. Hər şey kasadlaşdı. İş yerimi bağladım. Elə oldu ki, evə bir gəlir gətirə bilmədim. Arvadım bunlara görə evdən çıxıb getdi. O özü bir poliklinikada tibb bacısı işləyir. Rəsmi olaraq hələ ayrılmamışıq. Mən ona xəbərdarlıq edib dedim ki, əgər evə qayıtmasa, onu boşayacağam. Buna baxmayaraq mənim işsiz olduğumu bəhanə edir və qayıtmır... Mənim anam xəstədir. Ona görə də hələ bir işə başlaya bilmirəm. 2 oğlumuz var. Arvadım çıxıb getməmişdən qabaq bir ev də almışdıq. Evin pulunun dörddə birini o ödəmişdi. Elə isə İslam dini baxımından nə cür boşanmalıyıq? Bəs uşaqlar necə olacaq? Əmlakımızı nə cür bölüşdürə bilərik?

Cavab: Əgər boşanma yoldaşınızın tələbi ilə baş verirsə, bu halda ona verdiyiniz şeyləri tələb edə bilərsiniz. Amma siz özünüz ayrılmaq istəsəniz, ondan heç bir şey ala bilməzsiniz. Boşanmadan sonrakı gözləmə müddətini (iddə) eyni evdə keçirin. Evin pulunun dörddə birini o ödəyibsə, evin dörddə biri onundur. Uşaqlar 7 yaşlarını keçiblərsə və siz onlara baxa bilərsinizsə, onları sizin götürməyiniz münasibdir. Analarının vəziyyəti əlverişlidirsə, o da götürə bilər. Hər iki halda da ana və ata uşaqları hər vaxt görə bilərlər. Uşaqların bütün xərcləri sizin boynunuzdadır.

Bu məsələlərlə əlaqədar geniş məlumat üçün aşağıdakı yazıları oxuyun:

http://www.muselmanlar.com/fitvalar/334.html

http://www.muselmanlar.com/fitvalar/152.html

http://www.muselmanlar.com/fitvalar/2282.html