Müsəlmanlar
Satış nümayəndəliyi alıb rəqabətə mane olmaq düzdür?

Satış nümayəndəliyi alıb rəqabətə mane olmaq düzdür?

Sual: Al-ver işində distributorluq, dilerlik və ya satış nümayəndəliyi alıb azad rəqabətə mane olmaq düzdür?

Cavab: Adi vaxtlarda və normal şəraitdə distributor, diler və ya satış nümayəndəsi olmaq dinə müvafiq bir işdir. Lakin başqası ala bilmədiyi vaxt satış nümayəndəliyi almaq bir növ rəqabətə mane olur. Bununla yanaşı bu, dini cəhətdən münasib hesab olunur.

Ancaq ticarət məqsədi ilə deyil, sırf rəqabətin qarşısını kəsmək məqsədi güdüb nümayəndəlik almaq hüquqi cəhətdən düzgün olsa belə, əxlaqi baxımdan düzgün deyil.

Suala cavab verdi: Servet Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə).

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.