Müsəlmanlar

İnsan cənabət vaxtı yatdığı yerdə qüsldən sonra yata bilər?

Sual: İnsan cünub halda yatdığı yerdə və üstündə oturduğu stulda qüsl etdikdən sonra bir də yatsa və ya otursa, təzədən cənabət olur?

Cavab: Qüslü vacib edən hallar insanın cinsi əlaqədə olmağı, yuxuda və ya ayıq vaxtı cinsi boşalma (qurtarmaq) və qadınlara məxsus olan aybaşı və nifas (zahılıq) dövrlərinin başa çatmağıdır. Odur ki, cənabət vaxtı yatılan yataq və ya oturulan yerdə qüsldən sonra yatmaq və oturmaq insanı təzədən cənabət etmir.

Buna oxşar bir sual-cavabı buradan oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1417.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.