Quranda Adəm əleyhissəlam
“Onlara Adəmin iki oğlunun əhvalatını doğru olaraq danış: Onların hər biri bir qurban təqdim etmiş, birininki qəbul edilmiş, digərininki edilməmişdi. Qurbanı qəbul olunmayan: “And olsun ki, səni öldürəcəyəm”, – deyəndə qardaşı: “Allah ancaq müttəqilərin qurbanını qəbul edər”, – demişdi (Maidə, 5/27)”.
“Sən məni öldürmək üçün mənə əl qaldırarsan, mən səni öldürmək üçün sənə əl uzatmaram; çünki mən aləmlərin Rəbbi olan Allahdan qorxuram”.
“Mən sənin həm mənim, həm də öz günahını götürüb cəhənnəmliklərdən olmağını istəyirəm. Zülm edənlərin cəzası budur”.
“Beləcə, qardaşını öldürməkdə öz nəfsinə uydu və onu öldürüb zərərə uğrayanlardan oldu”.
“Allah qardaşının ölüsünü necə basdıracağını göstərmək üçün ona yeri eşələyən bir qarğa göndərdi. “Vay mənim halıma! Qardaşımın meyitini basdırmaq üçün bu qarğa qədər də ola bilmədim”, – deyib gördüyü işə peşman olanlardan oldu”.
“Biz buna görə İsrail oğullarına belə yazdıq: “Kim bir kəsi bir kəsə və ya yer üzündə fitnə-fəsada müqabil olmadan öldürürsə, bütün insanları öldürmüş kimidir. Kim də onu diriltsə (ölümdən qurtarsa), bütün insanları diriltmiş kimi olur”. And olsun ki, onlara möcüzələrlə peyğəmbərlərimiz gəldi; sonra onların çoxu buna baxmayaraq yer üzündə həddi aşanlardan oldu (Maidə, 5/28-32)”.
“Ey Adəm oğulları! Hər məscidə qəşəng paltarlarınızı geyib gedin. Yeyin, için amma israf etməyin. Çünki Allah israf edənləri sevməz (Əraf, 7/31)”.
“Budur, bunlar Allahın nemətlər verdiyi peyğəmbərlər Adəmin nəslindən, Nuhla birlikdə daşıdıqlarımızdan, İbrahim və İsmayılın nəslindən və bizim doğru yola çatdırdıqlarımızdan, seçib bəyəndiklərimizdəndirlər. Rəhmanın (Allah) ayələri onlara oxunduğu vaxt ağlayaraq səcdəyə döşənirdilər.
Onların ardından namazı tərk edən, öz şəhvətinə uyan bir nəsil gəldi. Bunlar öz azğınlıqlarının əvəzini alacaqlar.
Ancaq tövbə edən, iman gətirib faydalı iş görənlər bunun xaricindədir. Bunlar heç bir haqsızlığa məruz qoyulmadan Rəhmanın (Allah) öz bəndələrinə vəd etdiyi cənnətə – Ədn cənnətinə girəcəklər. Şübhəsiz ki, Onun (Allah) sözü öz yerini tutacaq.
Orada boş sözlər deyil, ancaq əmin-amanlıq verən sözlər eşidirlər. Orada ruzilərini səhər-axşam hazır tapırlar.
Bəndələrimizdən Allaha qarşı çıxmaqdan çəkinənləri mirasçı edəcəyimiz cənnət budur (Məryəm, 19/58-63)”.
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.