Sual: Siz özünüz haqqında nə deyirsiniz? Sələfi, Şiə, yoxsa Vahhabi? Dini məsələləri izah etdiyiniz vaxt hansı məzhəbə əsaslanırsınız?
Cavab: Biz özümüzü “filankəsin adamları”, “filan adamın tərəfdarları” kimi görmürük və belə tanıtmırıq. Biz özümüz barədə ancaq və ancaq Allahın da adlandırdığı qaydada “MÜSƏLMANLAR” deyirik.
Quranda belə deyilir:
“Allahın uğrunda lazım olduğu kimi döyüşün. Sizi üstün edən Odur. Sizə din barədə heç bir çətinlik yaratmayıb. Atanız İbrahimin getdiyi yolla gedin. Elçisi sizə, siz də başqalarına nümunə olasınız deyə, sizə bundan əvvəl də bu Quranda “MÜSƏLMAN” adını o verdi. Elə isə namazı qılın, zəkatı verin və Allaha möhkəmcə sarılın. O sizin Qoruyucunuzdur. O nə gözəl Qoruyucudur, nə gözəl Köməkçidir O!” (Hacc, 22/78)
Hansı məzhəb Allahın kitabına müvafiq fitva veribsə, biz onu əsas götürürük. Amma Allahın ayələrinə zidd olan hallarda heç bir məzhəbin fikri ilə əməl etmirik. İndiyədək apardığımız tədqiqatlar da bunu göstərir. Saytımızdakı yazıları diqqətlə nəzərdən keçirdiyiniz vaxt özünüz də buna şahid olacaqsınız.
“Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha qalıb. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir”. (Ənam, 6/159)
Zəhmət olmasa, sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/744.html
http://www.muselmanlar.com/fitvalar/737.html
http://www.muselmanlar.com/dusunce-sahesi/281.html
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.