Müsəlmanlar
Arendada olan mağazanın bir tərəfini arendaya vermək olar?

Arendada olan mağazanın bir tərəfini arendaya vermək olar?

Sual: Biz xaricdə işləyirik. Burada bir mağazanı arendaya götürmüşük. Elə oldu ki, dükanın bir tərəfi boş qaldı. Biz də onu başqa bir nəfərə icarəyə verdik. Dedik ki, ayda icarə haqqı kimi bizə bütün al-verinin 18%-ini verəcəksən. O da buna razı oldu. Bu cür bir münasibət İslam dininə əsasən necə qiymətləndirilə bilər?

Cavab: Həmin yerin əsl sahibinin bundan xəbəri varsa və o özü buna razıdırsa, bu münasibətdə dini cəhətdən bir eyib yoxdur. Əks halda, işin içinə başqa işlər girər.