Müsəlmanlar
Əraf surəsinin 109-110-cu ayələri ilə Şuəranın 34-35-ci ayələrində bir ziddiyyət var?

Əraf surəsinin 109-110-cu ayələri ilə Şuəranın 34-35-ci ayələrində bir ziddiyyət var?

Sual: Quranın Əraf surəsinin 109-110-cu ayələrində belə deyilir: “Firon qövmünün əyanları dedilər ki, şübhəsiz, bu adam usta bir sehrbazdır. Sizi öz yerinizdən çıxartmaq istəyir. Firon onlardan soruşdu: “Elə isə bu işə nə deyirsiniz?” Şuəra surəsinin 34-35-ci ayələrində isə belə deyilir: “Firon ətrafındakı zadəganlara dedi ki, bu həqiqətən də, bilikli bir sehrbazdır. Öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Bəs buna nə deyirsiniz?” İndi belə çıxır ki, eyni cümlələr Əraf surəsində Firona, Şuəra surəsində isə Fironun məsləhətçilərinə aid edilir. Alman bir yazıçı öz kitabında bu cümlələri əsas tutub belə deyir: “Müsəlman iddia edirlər ki, Quran ilahi vəhydən ibarətdir və diqqətlə qorunub saxlanmışdır; İncillər isə belə deyil. Halbuki, əgər müsəlmanlar Quranın ayələrini bir-bir təhlil etsələr, özləri də görəcəklər ki, bu kitabda izahı çətin olan paradoksal məsələlər var”. Biz həmin yazıçının bu fikirlərinə necə cavab verə bilərik?

Cavab: Bu söz hər iki ayədə də Fironun sözüdür:

Sizi öz yurd-yuvanızdan çıxartmaq istəyir. Buna nə deyirsiniz?”

Quranı tərcümə edənləri yanıldan Ərəb dilindəki qrammatik bir qaydaya fikir verməməkləri olur. Ərəb dilində kim olursa, olsun, bir nəfərə: “Siz”, – deyə müraciət olunmur. Firon bir nəfər olduğuna görə “siz” sözü burada ancaq onun yan-yörəsindəki insanlara müraciət kimi deyilə bilər.

“Bu, bilikli bir sehrbazdır” cümləsi isə Əraf surəsində Firon və ətrafındakı adamlara, Şuəra surəsində isə təkcə Firona aiddir. Burada böyük bir təşviş var. Firon və adamları onun gördüyü işin sehr olmadığını başa düşdükləri halda, “sehr”, – deyib bir-birlərinə təsəlli verirlər.

Sehrbazlıqla məşğul olanların Firon kimi güclü bir hökmdara bir şey edə bilməyəcəyi məlumdur. Buna baxmayaraq Fironun: “Sizi öz sehri ilə yerinizdən çıxartmaq istəyir. Nə deyirsiniz bu işə?”, – deyib ətrafındakı insanları özünə cəlb etmək cəhdi əslində onun böyük bir qorxu hissi keçirdiyini göstərir. Onun bu qorxusunu hərəkətlərindən də görmək olur:

“Fironun qövmündən olan mötəbər şəxslər dedilər ki, bu adam həqiqətən də, bilikli bir sehrbazdır!

(Firon dedi): “Sizi ölkənizdən çıxartmaq istəyir. Siz nə əmr edirsiniz?” (Əraf, 7/109-110)

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.