Sual: Gecə paltarı və pijama kimi geyimlərlə namaz qılmaq olar? Günah olmaz ki?
Cavab: Xeyr, əynində pijama olan bir nəfərin namaz qılmağı günah deyil. Çünki namaz qılmaq üçün şərt olan sətri-övrət (övrət yerlərinin örtülməsi) pijama geyinməklə də təmin oluna bilər. Lakin aşağıdakı Quran ayəsinə əsasən pijamanın üstündən şalvar da geyinib namaz qılmaq məsləhətdir:
“Ey Adəm övladları (oğulları)! Hər səcdə yerində zinətlərinizi (sizə yaraşan paltarları) geyinin. Yeyin, için, amma israf etməyin! Allah israf edənləri sevməz.” (Əraf, 7/31)
Sualınızla əlaqədar olan başqa bir sual-cavabı da oxumağınızı tövsiyə edirik:
http://www.muselmanlar.com/fitvalar/1955.html
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.