Müsəlmanlar
Adı dəyişdirdikdə təzədən əzan oxumaq və qurban kəsmək lazımdır?

Adı dəyişdirdikdə təzədən əzan oxumaq və qurban kəsmək lazımdır?

Sual: Mənim adım Gülçindir. Bunu dəyişdirmək istəyirəm. Çünki çox narahatam. Özümə təzə ad seçəcəyəm. Bu halda dini cəhətdən hansı öhdəlikləri yerinə yetirməliyəm? Qulağa təzədən əzan oxumaq və qurban kəsmək lazımdır?

Cavab: Muhəmməd peyğəmbər (s. a. v.) müsəlmanlardan ancaq mənası din və əxlaq qaydalarına zidd olan adların dəyişidilməyini tələb edib. Digər adlara toxunmayıb.

Gülçin sözü Fars mənşəli bir sözdür. Mənası gül dərən, gül yığan (dəstələyən) deməkdir. Bu ad bizim dinimizə, eləcə də mədəniyyət və adət-ənənələrimizə zidd deyil! Ona görə də onu dəyişdirmək lazım deyil.

Bütün bunlara baxmayaraq siz bu addan narahat olursunuzsa, dəyişdirə bilərsiniz. Ümumiyyətlə adınızı dəyişdirib dəyişdirməmək sizin şəxsi işinizdir. Bunun üçün müvafiq dövlət orqanına müraciət edə bilərsiniz.

Ad dəyişdirildiyi vaxt əzan oxumaq, qurban kəsmək və bu kimi mərasimlərə ehtiyac yoxdur. Heç peyğəmbər (s. a. v.) də adını dəyişdirdiyi əshabələrə belə bir mərasim təşkil etdirməyib.

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidləri də nəzərdən keçirin:

http://www.muselmanlar.com/fitvalar/2963.html

http://www.muselmanlar.com/fitvalar/1697.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.