Müsəlmanlar

Nişanlıların münasibətləri necə olmalıdır?

Sual: İnsanın öz nişanlısıyla münasibətləri nə cür olmalıdır? Mən nişanlıyam və bu dövr ərzində Quran və Sünnənin hökmlərinə rəayət etmək istəyirəm. Biz 1 ildən sonra evlənəcəyik. Günaha düşmək istəmirəm. Dində bununla bağlı nə kimi tövsiyələr var?

Cavab: Adaxlıq olmaq və ya nişanlı qalmaq müddəti hər iki tərəfin bir-birini tanımaqları üçün mühüm bir dövrdür. Bu dövrdə qız və oğlan dini cəhətdən bir-birlərinə yad hesab olunurlar. Odur ki, qapalı bir yerdə tək başlarına qala bilməzlər. Qucaqlaşıb öpüşmək də olmaz!

Bir kişi və qadın ailə qurmaq məqsədilə həm üzbəüz, həm də telefonla danışa bilərlər. Ancaq bunda da müəyyən şərtlər var. Onlar kəbin kəsilənə qədər bir-birinə yaddırlar. Başqa sözlə desək, dinin bu məsələdə qoyduğu məhrəmlik və əxlaq qaydalarına rəayət etmək lazımdır.

Nişanlınızla onun ailəsinin evində görüşə bilərsiniz. Beləcə, sizin üçün həm onun özünü, həm də ailə üzvlərini yaxşı-yaxşı tanımaq imkanı yaranar.

Sualınızda qeyd etmisiniz ki, 1 ildən sonra evlənəcəksiniz. Odur ki, biz sizə dini kəbin kəsdirməyinizi məsləhət bimirik. Çünki rəsmi nikah kəsilmədən kəsilən molla kəbinləri heç bir hüquqi nəticə doğurmur. Yəni, bu, hal-hazırda qüvvədə olmayan bir şeydir (Cinsi əlaqə və ər-arvad hökmü daşımayan kəbin batıl kəbindir). Arada kiçik bir problem baş verdiyi vaxt qız və qız tərəfi pis vəziyyətə düşür.

Unutmamaq lazımdır ki, nişanlılıq dövrü sadəcə olaraq bir “hə” müqaviləsidir və bunun nəticəsində məhrəmiyyət aradan qalxmır. Çünki hər iki tərəf də evlənmək məsələsində öz fikrini dəyişdirə bilər.

Nişanlıların kəbini barədə məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/tedqiqatlar/162.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.