Müsəlmanlar
İslamda vazektomiyaya necə baxılır?

İslamda vazektomiyaya necə baxılır?

Sual: Son dövrlərdə bir doğum kontolu metodu kimi vazektomiyadan da istifadə edilir. İslam dini baxımından bu nə dərəcədə düzgün bir şeydir?

Cavab: Vazektomiya kişi üzərində aparılan cərrahi sterilizasiya əməliyyatıdır. Bunun nəticəsində kişidə sperma hüceyrələrinin xayalarda yığıldığı bölgəyə keçməsinın qarşısı alınır.  Beləliklə, kişidə cinsi boşalma (eyakulyasiya) vaxtı spermanın zahiri görünüşündə bir dəyişiklik nəzərə çarpmır. Lakin bu mayedə sperma hüceyrələri olmadığına görə qadında hamiləlik baş vermir. Yəni, kişinin doğurqanlığı qalmır. Bu barədə ətraflı məlumat üçün lazımi mənbələrdən (lüğətlər, tibb kitabları, internet şəbəkəsi) və mütəxəssis həkimlərdən məlumat ala bilərsiniz.

Sualınızda məsələnin dini cəhətini soruşmusunuz. Vazektomiya insanın fitrətinə ziddir. Ona görə də caiz deyil. Yəni, dində buna icazə verilmir. Əlavə olaraq, bilinməlidir ki, bu metod kanallarda böyük bir xəsarətə səbəb olur və buna görə də kişinin toxumlarını əvvəlki halına qaytarmaq olduqca çətin və risklidir.

Sualınızla əlaqədar olan digər bir sual-cavabı buradan oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2947.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.