Müsəlmanlar
Bir övlad atasına pişnamazlıq edə bilər?

Bir övlad atasına pişnamazlıq edə bilər?

Sual: Deyilənə görə övlad atasına namaz qıldıra bilməz. Əgər övlad bilikli, ata isə savadsız olsa belə, bunun mümkün olmadığını deyənlər var. Bu məsələnin əsli nədən ibarətdir?

Cavab: Fiqh (İslam hüququ) kitablarında deyilir ki, namaz qıldıran şəxsdə aşağıdakı xüsusiyətlər olmalıdır:

  • Müsəlman olmaq;
  • Ağıllı olmaq (əql sahibi olmaq, dəli olmamaq);
  • Həddi-büluğ çağına çatmaq;
  • Kişi olmaq;
  • Qurandan xəbərdar olmaq, müəyən qədər Quran bilmək.

Bu xüsusiyyətlərə malik olan hər bir şəxs pişnamaz (imam-camaat) ola bilər. Bununla yanaşı, camaatın arasında pişnamazlığa daha layiqli namizədlər bunlardır:

Dini elmlərdə bilikli olan, Quranı gözəl (qaydalarına əsasən) oxuyan, təqva sahibi olan.

Qısa desək, bir övlad atasına, bir ata da övladına pişnamazlıq edib namaz qıldıra bilər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.