Müsəlmanlar

Kişi və qadınların qarışıq olduğu idman zalına getmək olar?

Sual: Mən bir idman kompleksinə gedirəm. Orada həm kişilər, həm də qadınlar idmanla məşğul olurlar. Qadınlar çimərlikdəki kimi geyinirlər. Boyun-boğazları açıqdır. Belə olan halda, onlarla eyni zalda idman etmək dini cəhətdən düzdür?

Cavab: Bir kişi övrət yerləri açıq olan qadınlarla eyni idman zalında idman etməməlidir, bu düz deyil. Allah belə buyurur:

“(Rəsulum!) Mömin kişilərə de ki, gözlərini harama dikməsinlər, namuslarını (məhrəm yerlərini) qorusunlar. Çünki bu, onlar üçün daha təmiz bir rəftardır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.” (Nur, 24/30)

Əlavə olaraq, Muhəmməd peyğəmbər (s. a. v.) buyurub ki, gözün zinası baxmaqdır. ((Buxari, İstizan, 12.)) Başqa cür desək, bir müsəlman kimi belə mühitlərdən uzaq durmalısınız.

Bu məsələ ilə əlaqədar başqa bir sual-cavabla buradan tanış olun:

http://www.muselmanlar.com/fitvalar/2086.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.