Müsəlmanlar

Xüftən namazının vaxtı nə vaxt çıxır?

Sual: Xüftən namazının axır vaxtı nə vaxtdır? Bu namazı saat neçəyə qədər qılmaq olar?

Cavab: Allah Təala belə buyurur:

“Namazı günəşin qərbə meyl etdiyi vaxtdan gecənin qaralmağına qədər, bir də fəcrdəki (sübh çağı) aydınlaşma vaxtı qıl. Fəcrdəki aydınlıq gözlə müşahidə olunur və dərk edilir”. (İsra, 17/78)

Gecə yarısı (غسق الليل = ğasaqu-l-leyl): Şərq və qərb üfüqlərində bir əsər-əlamət olmadığı, qaranlığın ən tünd olduğu vaxt bu cür adlandırılır. Ayədə bildirilir ki, bu vaxt xüftən (gecə) namazının axırıncı vaxtıdır. Buna görə də qaranlıq tamamilə çoxaldığı vaxt xüftən namazı qılınıb qurtarmış olmalıdır.

Quranda namaz vaxtları ilə əlaqəli məlumat üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/5927.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.