Müsəlmanlar
Mürtədin öldürülməli olduğunu deyən müşrikdir?

Mürtədin öldürülməli olduğunu deyən müşrikdir?

Sual: Quranın Nisa surəsinin 137-ci ayəsində Allah insanın dəfələrlə mürtəd olmağına baxmayaraq ona dünyəvi cəza verilməyini məsləhət bilməyib. Xəlifə Ömər, Süfyani Səvri və bəzilərinin sizin də qeyd etdiyiniz kimi, rəflərdə toz tutmuş kitablara baxıldığı vaxt mürtədi öldürtmədikləri məlum olur. Elə isə: “Mürtədləri öldürmək lazımdır”, - deyənlər şirkə düşürlər? Bu barədə nə demək olar?

Cavab: İnsanlar alim olsalar da, səhv edərlər. Biz çalışırıq ki, həmin səhvləri müəyyənləşdirib düzəldək. Amma səhv etdiyinə görə heç kimə müşrik demək olmaz. Əgər: “Biz Allahın açıq-aydın ayələrinə baxmayaraq mürtədin öldürülməli olduğuna inanırıq”, – desələr, o vaxt müşrik olarlar. Səhv olsa belə, özlərinə görə ayə və hədislərə əsaslanmışlar.

Hal-hazırda o kitabları yazan alimlər sağ deyillər, ölüblər. Biz onları mömin qəbul edirik. Buna görə də arxalarından xeyir-dua etməli və onları bu cür münasib şeylərlə yad etməliyik. Allah Təala belə buyurur:

“Onlardan sonra gələnlər: “Ey Rəbbimiz! Bizi və bizdən qabaq iman gətirən qardaşlarımızı bağışla. Ürəyimizdə möminlərə qarşı kin-küdurət qoyma. Rəbbimiz, şübhəsiz ki, sən şəfqətlisən, mərhəmətlisən”, – deyərlər”. (Həşr, 59/10)

“Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və bütün möminləri bağışla”. (İbrahim, 14/41)

İndi isə zəhmət olmasa, sualınızla əlaqədar olaraq aşağıdakı keçidi də nəzərdən keçirin:

http://www.muselmanlar.com/fitvalar/2154.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.