Müsəlmanlar
Ərə gedəndən sonra başı açıq gəzməyin kəbinə təsiri var?

Ərə gedəndən sonra başı açıq gəzməyin kəbinə təsiri var?

Sual: Bir qadın ərə getdikdən sonra başı açıq gəzsə, kəbini batil olar?

Cavab: Bir qadının başı açıq gəzməyinin kəbinə bir ziyanı yoxdur. Çünki kəbin bir müqavilədir. O müqaviləni bağlamağın da, pozmağın da bir sıra şərtləri var. Başı bağlamaq Allah tərəfindən hər bir müsəlman qadına əmr olunub. O əmri qəbul etməyən kafir olur. Qəbul etdiyi halda, yerinə yetirməyən isə günahkardır.

Yaxşı olar ki, bu məsələlərlə əlaqədar olarq aşağıdakı yazılara da nəzər yetirəsiniz:

http://www.muselmanlar.com/fitvalar/hicab-tesettur