Sual: Mən özəl bir şirkətdə işləyirəm. Biz bir şey aldıqları zaman müştərilərə (alıcı) kassa çeki kəsmirik. Bu məsələdə bir işçi kimi mənim özümün nə kimi bir cavabdehliyim var? Bu məsələdə nə qədər məsuliyyət daşıyıram? Görəsən, mən də günahıma görə əzab çəkəcəyəm?
Cavab: Sizin şirkətinizdə baş verənlərdən siz yox, müdiriniz məsuldur. Siz ona həmin məsələdə xəbərdarlıq edin. Bunu nəzərə alıb almamaq onun öz işidir. Sizin məsuliyyətiniz bundan ibarətdir ki, işin gedişatında yanlış hesab etdiyiniz şeyləri ona bildirəsiniz və xəbərdarlıq edəsiniz. Amma bununla yanaşı, əlinizdən gələnin ən yaxşısını yerinə yetirməyə də çalışmalısınız.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.