Müsəlmanlar

Müsəlman bir kişi xristian bir qadınla evlənə bilər?

Sual: Mən xristian bir qadınam. Bütün ilahi dinlər və peyğəmbərlərə inanır və hörmət bəsləyirəm. Müsəlman bir dostum var. Allahın izni ilə evlənmək istəyirik. Bilirəm ki, gələcəkdə uşaqlarımız müsəlman olmalıdırlar. Mən bunu qəbul edirəm. Çünki mənim üçün əsas odur ki, insanın imanı olsun. Ancaq onun ailəsi belə bir şərt irəli sürür ki, mən müsəlmanlığı qəbul edim. Onlar Quranı heç oxumayıblar. Maidə surəsinin 5-ci ayəsini bilmirlər. Biz o insanların xətrinə dəymədən bu məsələni necə izah edə bilərik? Əgər Quranı götürüb onların qabağına qoysam və desəm ki, budur, baxın, burada hər şey yazılıb, bir az hörmətsizlik olar kitaba. Xahiş edirəm, bu barədə bir məsləhət verin mənə.

Cavab: Onlara Quranı oxuduğunuzu deyin. İzah edin ki, Maidə surəsinin 5-ci ayəsində belə bir icazə var. Bəlkə, bu onları şad edər və evlənməyinizə icazə verərlər. Əgər şübhələri yenə davam etsə, sizə yaxın olan bir ruhani idarəyə müraciət edin və onlardan bununla əlaqədar bir yazı alın.

Maidə surəsinin 5-ci ayəsi aşağıdakı kimidir:

“Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar”.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.