Sual: Mən 9 ay bundan qabaq evləndim. Arvadımla cəmi 4 ay bir yerdə yaşadıq. Ona mehir kimi anamın bağışladığı bilərzikləri verdik. 4 ay ərzində cinsi cəhətdən ər-arvad ola bilmədik. Amma eyni yataqda yatıb durduq. İndi isə boşanacağıq. Arvadımın mehir almağa haqqı var? Yoxsa bilərzikləri mənə qaytarmalıdır?
Cavab: Əgər evlilikdən sonra zifaf həyata keçibsə və yaxud xəlvəti-səhihə baş veribsə, Quranın Talaq surəsində qeyd olunan qaydada boşanmaq lazımdır. Bu halda qadın mehirin hamısını almağa haqq qazanır.
Siz sualınızda qeyd etmisiniz ki, aranızda cinsi əlaqə olmayıb amma 4 ay eyni yastığa baş qoymusunuz. Bu, xəlvəti-səhihədir. Xəlvət aralarında kəbin münasibəti və daimi evlənmək maneəsi olmayan bir kişi ilə qadının təkbaşına qalmağını, fiqh (İslam hüququ) termini kimi isə düzgün bir kəbindən sonra ər-arvadın 3-cü bir şəxsin icazə almadan onların yanına gələ bilməyəcəyinə arxayın olduqları bir yerdə cinsi əlaqə olmadan təkbaşlarına qalmaqlarını bildirir. ((Orhan Çeker, “Halvet” bəndi, Türkiyə Diyanet Vakfı İslam ensiklopediyası, 15-ci cild, s. 384.))
Boşanma barədə ətraflı məlumat üçün aşağıdakı keçidlərə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/2282.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.