Sual: Namazları əzan oxunan kimi qılmaq lazımdır, yoxsa növbəti namazın vaxtına qədər gecikdirmək olar? Misal üçün, günorta (zöhr) namazını ikindi (əsr) namazının əzanına 5 dəqiqə qalana qədər gecikdirib qılmaq olar?
Cavab: Namazı əvvəl vaxtında qılmağın böyük savabı var. Axır vaxta qədər gecikdirmək namazı yerli-dibli qılmamağa gətirib çıxarda bilər. Ona görə də məcbur qalmadıqca namazı gecikdirmək olmaz.
Bunu bir daha qeyd edək ki, heç bir namazı öz vaxtından başqa bir vaxtda qılmaq olmaz. Yəni, namazların qəzası olmur. Ona görə də hər bir namazı öz vaxtında qılmaq lazımdır. Bu barədə ətraflı oxumaq üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/qeza-namazi
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.