Müsəlmanlar
Məcbur qalıb başı açmaq

Məcbur qalıb başı açmaq

Sual: Mən 2 il bundan qabaq başımı bağladım. Namaz qılmağa başladım. Biz Almaniyada yaşayırıq. Hicab geyinməyim əvvəllər ərimi narahat etmədi. Ancaq sonra mənə dedi ki, başını aç. Mən hicabda olduğuma görə Alman dostlarının yanında utanır. Mən ona müqavimət göstərirəm. Birdən elə olur ki, onun təzyiqlərinin qarşısından sustalıram. Məni hədələyir ki, başını açmasan, səndən boşanacağam. Bunun günah olduğunu bilirəm. Lakin nə edəcəyimi bilmirəm. Sizcə mən nə etməliyəm?

Cavab: Möminə xanımların örtünməyi Allahın açıq-aydın əmridir. Heç bir səbəb icazə vermir ki, Allahın əmri yerinə yetirilməsin. İslam dininə əsasən içində Allaha üsyan olan bir məsələdə yaradılanlara itaət etmək olmaz. Siz səbrli olun, müqavimət göstərin və bunun Allahın əmri olduğunu həyat yoldaşınıza hər dəfə başa salmağa çalışın. Əgər buna görə sizi boşasa, o vaxt Allahdan daha xeyirli olanını istəyin. Görəcəksiniz, sizin üçün daha yaxşı olacaq. Quranda Allah Təala belə buyurur:

“Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər yaxşı davranıb qorunsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır”.

“Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. (Birinə) tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər (özünüzü) doğruldub (Allahdan) qorxsanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir”.

“Əgər ayrılsalar, Allah hər birini Öz lütfündən zəngin edər. Allah (hərşeyi) Əhatə edəndir, Müdrikdir”. (Nisa 4/128-130.)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.