Müsəlmanlar
Turistlərlə alverdən sonra halallaşmaq olar?

Turistlərlə alverdən sonra halallaşmaq olar?

Sual: Mən qadın çantaları satılan bir mağazada işləyirəm. Biz həmişə turistlərlə işləyirik, onlar gəlib bizdən çanta alırlar. Bəzən elə olur ki, onlar mənə bir neçə sent borclu qalırlar. Bəzən də elə olur ki, mən onlara borclu qalıram. Bu əsasən həm turistlərdə, həm də bizdə bəzi hallarda xırda pulun olmamağından baş verir. Söhbət əslində elə də böyük bir məbləğdən getmir, əvvəl də qeyd etdiyim kimi, qəpik-quruş məsələsindən danışıram. Məni maraqlandıran budur ki, mən bu məsələdə dinimizə əsasən nə cür rəftar etməliyəm?

Cavab: Dinimizdə əsas odur ki, müsəlman olsa da, olmasa da, gərək heç kəsin haqqını yeməyəsən. Hətta müsəlman olmayanlara qarşı daha diqqətli olmaq lazımdır. Əks halda, sizin yol verəcəyiniz bir səhv onların gözündə İslam dininə və müsəlmanlara qarşı bir ləkə gətirə bilər.

Ticarət elə bir sahədir ki, burada həmişə xırda-para hesab işlərinə rast gəlmək olur. Bu kimi hallarda digər tərəfə (turist) mütləq məlumat vermək lazımdır. Əgər razı olsalar, heç bir eybi olmaz. Lakin əgər razı olmasalar, haqlarını mütləq surətdə ödəmək lazımdır.

Sualınızla əlaqədar başqa bir sual-cavabla buradan tanış olun:

http://www.muselmanlar.com/fitvalar/2662.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.