Sual: Subay bir qadın (qız) yanında heç kəs olmadığı halda (təkcə özü), ömrə ziyarətinə gedə bilər? İslamda buna icazə var?
Cavab: Muhəmməd peyğəmbər (s. a. v.) yol təhlükəsizliyi olmadığına görə qadınların yanında məhrəm bir nəfər olmadan səfərə çıxmağına icazə verməyib. Ancaq yol və həyat təhlükəsizliyi təmin olunursa, ki, bu məsələ indiki şəraitdə həll olunub, qadınlar yola çıxa bilərlər. Bu barədə ətraflı məlumat üçün aşağıdakı yazıları oxumağınız yaxşı olar:
http://www.muselmanlar.com/fitvalar/397.html
http://www.muselmanlar.com/fitvalar/437.html
Burada bir şeyi də qeyd etmək lazımdır: Məsələyə indiki dövrün şəraiti baxımından yanaşdıqda belə bir nəticə alınır ki, həcc və ömrə ziyarəti üçün gedən qadının yanında qohumlarından heç olmasa, bir nəfər olmalıdır. Yaxşı olar ki, qadınlar ömrəyə bu cür getsinlər. Amma əgər hər şeyə baxmayaraq yanlarında gedən bir məhrəm yoxdursa, bu vaxt etibarlı bir qadın dəstəsinə qoşulub gedə bilərlər.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.