Müsəlmanlar
Uşaqlara İslamı necə başa salmaq lazımdır?

Uşaqlara İslamı necə başa salmaq lazımdır?

Sual: Biz Almaniyada yaşayırıq. Allaha şükür, müsəlmanıq. Dinimizi uşaqlarımıza da öyrətmək istəyirik. İstəyirik ki, onlara xurafat və mövhumatı yox, Quranda deyilən həqiqətləri öyrədək. Eyni zamanda istəyirik ki, məscidə də gedib gəlsinlər, həyat tərzləri müsəlmanlığa müvafiq olsun. Ancaq təəssüf ki, buradakı məscidlər bir-birindən fərqlənir. Yəni, qruplaşma meylləri var. Ayrı-ayrı dini icmaların öz məscidləri var. Belə olan halda, biz İslam dinini öz uşaqlarımıza ən düzgün formada necə öyrədə bilərik?

Cavab: Yaxşı olar ki, uşaqlarınızı məscidə getməyə örəşdirəsiniz. Bəzi adamlar dini sahədə hansısa səhvə yol versə də, siz bu səbəbə görə uşaqlarınızın ayağını məsciddən kəsməyin. Yaxşı olar ki, Quran oxumaq, namaz qılmaq və ehtiyacı olan əsas dini biliklərə orada yiyələnsinlər. Bundan başqa bizim saytımızdakı yazıları da oxuya bilərlər. Biz çalışırıq ki, aktual dini məsələrin Qurana əsasən izahını verək. Heç bir dini camaata bağlı deyilik.

Yaxşı olar ki, uşaqlarınız çoxlu Quran oxusunlar. Amma eləcə üzündən yox, başa düşərək. Əgər uşaq oxuduğunu başa düşmürsə, ona mütləq kömək edin. Həmin uşaq məhz bu vaxt yaxşı ilə pisi bir-birindən ayırd edə bilər. Əgər buna müvəffəq olsa, heç bir dini cərəyan, qruplaşma və camaatın təsiri altına düşməz.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.