Sual: Biz 4 dostuq. Eyni yerdə işləyirik. Bir-birimizə necə deyərlər, İslami tellərlə bağlıyıq. Əlavə olaraq öz aramızda qan qardaşlığı da qurduq. İslam dinində qan qardaşlığına necə baxılır? Ümumiyyətlə dində belə bir anlayış var?
Cavab: İslamda qan qardaşlığı deyilən bir şey yoxdur. Allah onsuz da müsəlmanları bir-biri ilə qardaş elan edib. Bununla əlaqədar ayədə deyilir:
“Möminlər, həqiqətən də qardaşdırlar”. (Hucurat surəsi, 49/10.)
Siz dost kimi öz aranızda faydalı işlərdə bir-birinizə kömək edib dəstək olsanız, bu bir çox xeyirli işlərə səbəb olar və gözəl nəticələr doğurar.