Sual: Evli bir kişi başqa bir qadınla cinsi əlaqədə olsa, öz arvadı ilə olan kəbini pozulur?
Cavab: Evli bir kişinin kəbinsiz olaraq başqa bir qadınla birlikdə olmağı zinadır. Zina isə böyük günahlardan biridir. O işi nəinki görmək, hətta ona yaxınlaşmaq belə, haram edilib:
“Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur”. (İsra,17/32.)
Əgər bir kişi belə bir iş görübsə, böyük bir günah edib. Lakin bu hadisə onun öz arvadı ilə kəbinini pozmur. Kəbin qüvvədədir. Kişi bu işdən tövvə etməli, Allahdan onu bağışlamağını diləməlidir. Əsas odur ki, insan özünü düzəldib yaxşı işlər görsün. Əgər arvadı da ailə həyatını davam etdirmək istəsə, təzə bir kəbin kəsdirmədən öz evlilik həyatlarına davam edə bilərlər.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.