Müsəlmanlar
Nigahdan sonra mütləq zifaf lazımdır?

Nigahdan sonra mütləq zifaf lazımdır?

Sual: Kəbin kəsdirəndən sonra ər-arvad mütləq zifafa girməlidirlər? Yoxsa kəbin bunsuz da etibarlıdır?

Cavab: Öz şərtlərinə müvafiq qaydada kəsilən kəbindən sonra evlilik və ailə həyatı artıq başlamış hesab olunur. Kişi arvadını öz evinə apara bilər. Buna onun tam hüququ var. Lakin zifaf məsələsi kəbinin etibarlı sayılmağı üçün bir şərt deyil. Kəbindən sonra cinsi əlaqədə olmaq sadəcə olaraq kəbinlə əldə olunan bir haqdır.