Müsəlmanlar

Nigah olmadan yaxınlaşmaq

Sual: Mənim bir oğlan dostum var. Uzun müddətdir ki, onunla səviyyəli bir münasibətim var. Eyni universitetdə oxuyuruq. Valideynlərimiz də bir-biri ilə tanış olublar. Biz olduqca ciddiyik və bir-birimizə söz verdik ki, tələbəlik qurtaran kimi evlənək. Amma bunun üçün hələ bir neçə il gözləməliyik. Çünki hələ oxuyuruq. Belə olan halda, həmin oğlanla vaxt keçirə bilərəm? Bir dəfə istədi ki, əlimdən tutsun. Mən bunu rədd etdim. Ancaq bir məsələ var ki, bizim gələcəkdə evlənəcəyimizi hamı eşidib bilir. Elə isə onunla əlini tutaraq gəzib dolaşa bilərəm? Dində buna icazə var?

Cavab: Sualınızdan belə başa düşülür ki, hal-hazırda o şəxslə aranızda bir bağlılıq yoxdur. Buna görə də o sizin üçün yad bir insandır. Əgər çox istəyirsinizsə, aranızda rəsmi qaydada kəbin kəsdirin. Oxuyub qurtardıqdan sonra da toy edərsiniz.

Bir-birinizə başqa cür  (kəbinsiz) yaxın durmağınız dini cəhətdən halal deyil. Qısa desək, gələcəkdə evlənəcəksiniz deyə, indidən ər-arvad kimi rəftar edə bilməzsiniz. Necə deyərlər, gələcəkdə evlənmək fikri harama gedən yolları sığortalamır. İslam dinində bu cür münasibətə icazə verilmir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.