Müsəlmanlar
Ziyana da şərik olmadan şəriklik etmək olar?

Ziyana da şərik olmadan şəriklik etmək olar?

Sual: Mən ticarətlə məşğul olan bir nəfərə bir qədər pul verdim. Bunun müqabilində hər ay mənə müəyyən miqdarda pul verir. Pulumu istənilən vaxt ondan ala bilərəm. Bu cür iş münasibəti düzdür? Deyirlər ki, bu iş faizdir. Xahiş edirəm, bu məsələni izah edəsiniz.

Cavab: Əgər sizin verdiyiniz pul həmin adam tərəfindən (ziyan çıxıldıdan sonra) işlədilibsə və qalan xeyirin hamısı və ya müəyyən hissəsi sizə (pulun əsl yiyəsinə) mənfəət payı kimi ödənmək şərti ilə verilibsə, belə bir müqavilədə dini cəhətdən bir problem yoxdur. Başqa sözlə desək, bu şərtlər daxilində belə bir müqavilə bağlamaq olar. Lakin diqqət yetirin,  bu halda siz verdiyiniz pulu istədiyiniz vaxt qaytarıb ala bilməzsiniz. Şəriklik başa çatdığı vaxt borcları çıxdıqdan sonra artıq qalan maldan öz payınızı ala bilərsiniz.

Ancaq ziyana şərik olmamaq şərti ilə müəyyən periodlarla sabit bir məbləğ ödəmək şərtini irəli sürüb həyata keçirilən müqavilə caiz deyil. Yəni, dində buna icazə yoxdur. Bu cür münasibət şəriklik hesab olunmur; əksinə, bu, faizli kredit müqaviləsidir. Faizin haram olduğunu isə sualınızdan belə başa düşülür ki, siz özünüz də bilirsiniz.

Cavabı hazırladı: Servet Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə).

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.