Sual: Mənim müdirim mənə nəsə bir iş gördürdüyü və xətrimə dəydiyi vaxt deyir ki, haqqını halal et. Bu hal tez-tez təkrar olunur. Mən də naəlac qalıb (müdirim olduğuna görə) ona: “Halal olsun”, - deyirəm. Əslində bunu ürəkdən demirəm, təkcə dilimlə deyirəm. Çünki buna bir növ məcbur oluram. Belə olan halda, haqqım ona halal olur? Əvvəl də dediyim kimi, əslində halallıq vermirəm, məcburiyyət qarşısında qaldığım üçün belə deyirəm. Bu barədə nə deyərdiniz?
Cavab: Müdiriniz düz edir. O sizin xətrinizə dəymiş və çox iş tapşırmış ola bilər. Bunlar necə deyərlər, olan şeylərdir. Ona görə də sizdən halallıq istəyir.
Əgər siz həqiqətən də, narahat olur və haqqınızın tapdandığını düşünürsünüzsə, bunu müdirə açıq-aydın deməlisiniz.
Əgər siz elə hey: “Halal olsun”, – desəniz, o öz etdiklərinin düzgün olduğunu fikirləşəcək və beləcə, sizin haqqınızı tapdamağa davam edəcək. Ona görə də ya bunu mərd-mərdanə özünə deyin, ya da susub heç bir şey deməyin. Nəticə etibarilə haqqı tapdanan sizsiniz və bu işi şəxsən siz həll etməlisiniz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.