Sual: Mən bu yaxınlarda belə bir şey oxumuşam: Həzrəti Muhəmmədin babası bir yuxuya əsasən onun atasını qurban kəsmək istəyib. Elə isə həzrəti Muhəmməd İsmayıl peyğəmbəri nəzərdə tutaraq: “Mən 2 qurbanlığın oğluyam”, - sözünü deyib? Bu nə dərəcədə düzgündür?
Cavab: Başda həzrəti Muhəmmədin tərcümeyi-halından bəhs edən kitablar olmaqla bəzi hədis və təfsir mənbələrində bu rəvayətə təsadüf etmək olur. Lakin Kütubi-Sittə (Altı Kitab) kimi tanınan səhih (mötəbər, düzgün) hədis kitablarının heç birində belə bir hədis yoxdur.
Həmin rəvayət kitablarda əsasən bu formada qeyd olunub:
1) “Mən 2 qurbanlığın oğluyam”. Guya bunu peyğəmbər özü deyib.
2) “Ey 2 qurbanlığın oğlu”. Deyildiyinə görə bunu bir bədəvi peyğəmbərə müraciət edərkən deyib.
Alimlər bildirirlər ki, 2-ci rəvayət səhihdir, lakin onlar 1-ci rəvayətin peyğəmbər tərəfindən işlədilən bir söz olub olmadığını müəyyən edə bilmədiklərini qeyd edirlər. ((Ətraflı məlumat üçün baxın: Əcluni, Kəşful-Xəfa, Beyrut, 1988-ci il, 1-ci cild, s. 199, hədis nömrəsi 606.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.