Sual: Diş həkiminə gedib dişləri yudurtmaq, təmizlətdirmək orucu pozur?
Dişləri təmizlətmək zərurət kimi qiymətləndirilən işlərdən biri deyil. Bu vaxt boğazdan aşağı su, dərman və sairə kimi şeylər gedə bilər. Buna görə də yaxşı olar ki, dişlərinizi təmizlətdirməyi ya iftardan sonraya, ya da Ramazan ayından sonraya salasınız.