Müsəlmanlar

Qarqara orucu pozur?

Sual: Oruc tutan bir nəfər ağız yarasına qarşı qarqara etsə, orucu pozular? Ümumiyyətlə, oruc vaxtı qarqara etmək olar?

Cavab: Oruc vaxtı udmamaq şərti ilə qarqara etmək olar. Dəstəmaz aldıqda ağıza su vermək və yaxalamaq orucu pozmadığı kimi, dərmanla qarqara etmək də pozmur. Əsas odur ki, bu vaxt insanın boğazından aşağı – içəri bir şey getməsin. Əgər bircə damcı da getsə, oruc pozulur və qəza etmək lazım gəlir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.