Müsəlmanlar
Hələ çiçək açmamış meyvəni ağacda ola-ola satmaq düzdür?

Hələ çiçək açmamış meyvəni ağacda ola-ola satmaq düzdür?

Sual: Bizim zonada geniş yayılmış bir al-ver adət-ənənəsi var. Belə ki, bəzi meyvələr ağaclar hələ çiçək açmamış satılır. Alıcı gəlib bağın yiyəsinə deyir ki, bu il bu ağaclarda nə qədər meyvə olsa, hamısını filan qiymətdən alacağam. Bir az çək-çevir etdikdən sonra qiymət məsələsində razılığa gəlirlər və öz aralarında bir növ şifahi müqavilə bağlayırlar. Vaxt ötür, meyvələr yetişir, yığım sezonu başlayır. Bəzən elə olur ki, bağın yiyəsi qazanır. Bəzən də alverçi. Qısa desək, bu cür al-ver nəticəsində hər iki tərəf də həm qazanc götürə bilir, həm də ziyana düşür. Yəni, bu, meyvə sezonundan və meyvənin azlıq və ya bolluğundan asılı olur. Sualım budur: Hələ heç çiçək açmamış ağacları olan bu cür bir bağı hər iki tərəfin də razılığı olsa belə, satmaq dini cəhətdən nə dərəcədə düzgündür? Bu məsələdə nəsə bir problem var?

Əgər bu formada həyata keçirilən satış sələmdirsə, dini cəhətdən düzgündür.

“Sələmdə pul bəri başdan verilir, mal isə nisyə olur. Yəni, sələm pul nəğd, mal nisyə olmaqla həyata keçirilən satış deməkdir. Burada görülən iş nisyə satışın tamamilə tərsinə baş verir. Malın miqdarını (neçə ədəd, neçə kiloqram, neçə ton və sairə), xüsusiyyətlərini, təhvil yerini və vaxtını müqavilə vaxtı müəyyənləşdirmək lazımdır. Bu, şərtdir. Beləliklə, şərtlərinə müvafiq qaydada bağlanan bir sələm müqaviləsi ilə sonrakı bir vaxtda istehsal olunan mallar indidən satılır və pulu nəğd formada alınır.

İbn Abbas belə rəvayət edir: Peyğəmbər (s. a. v.) Mədinəyə gəldiyi vaxt camaat 2 illik, 3 illik xurma məhsulunu əvvəlcədən satırdılar. Bunu görən peyğəmbər (s. a. v.) dedi:

“Kim bir şeyi əvvəldən satsa, miqdarı, ağırlığı və vaxtı-vədəsi müəyyən olmalıdır”. ((Buxari, Sələm, 2.))

MƏNBƏ: Abdulaziz Bayındır, Ticarət və Faiz, İstanbul, 2007-ci il, səhifə 149.