Müsəlmanlar

Oruc tutmayana iftar vermək olar?

Sual: Əgər bir insan bilə-bilə oruc tutmursa, yəni, üzrlü səbəbi olmadan oruc tutmur və namaz qılmırsa, ona iftar yeməyi vermək olar? Onu yeməyə dəvət etmək düzdür?

Cavab: İftar oruc tutanlar üçündür. Yaxın dost-tanışlarınızdan və qohumlarınızdan iftar yeməyi verəcəyiniz adamlar varsa, əvvəlcə onları dəvət etməlisiniz. Lakin oruc tutmayan dost-tanışın da iftar süfrəsində olmağını qadağan edən bir hökm yoxdur.

QEYD: Bir müsəlmanın qəsdən oruc tutmamağından söhbət gedə bilməz. Din bizə tabe deyil, biz dinə tabe olmalıyıq. Dinə tabe olmaq istəməyən şəxsi isə zorla tabe etmək olmaz. Buna görə də siz onları qonaq edə bilərsiniz. Bu cür hallarda yaxşı olar ki, onlara münasib bir dillə lazımi xəbərdarlıqları  edəsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.