Sual: Qadının ögey oğlu onun özünün doğma oğlu kimi ola bilər? Onun yanında başı açıq dayana bilər? Ona kəbin düşür?
Cavab: Allah Təala Nur surəsinin 31-ci ayəsində belə buyurur:
“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar”.
Ayədə altından xəttə çəkilmiş yerə diqqət yetirsəniz, görərsiniz ki, qadınlar ərlərinin başqa qadınlardan dünyaya gələn oğullarının yanında başı açıq dura bilərlər.
Nisa surəsinin 22-ci ayəsində isə belə deyilir:
“Atalarınızın kəbin kəsdirdiyi qadınlarla kəbinə girməyin. Keçmişdə olan oldu. O, murdar, çox iyrənc və olduqca pis bir yoldur”.
Buna əsasən ögey analarla ögey uşaqlar bir-birlərilə ömür boyu evlənə bilməzlər.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.