Müsəlmanlar

Ögey bacı-qardaşa kəbin düşür?

Sual: Ögey bacı-qardaşlar evlənə bilərlər?

Qardaş-bacılıq 3 cür olur:

1) Anabir qardaş-bacı olmaq.

2) Atabir bacı-qardaşlıq.

3) Dost-doğma qardaş-bacılıq. Yəni, atabir, anabir bacı-qardaş olmaq.

Bir insan yuxarıda sadalanan bacı-qardaşlarından biri ilə evlənə bilməz. Onlardan başqa ögey bacı-qardaşı olsa, onunla ailə qura bilər. Misal üçün, Əli adında bir oğlanın atası Əlinin anasından başqa bir qadınla evlənsə və o qadının da başqa bir kişidən qızı varsa, Əli həmin qadının qızı ilə evlənə bilər.