Müsəlmanlar
Merac faktiki olaraq baş verib, yoxsa ruhi olaraq?

Merac faktiki olaraq baş verib, yoxsa ruhi olaraq?

Sual: Merac hadisəsi fiziki olarak meydana gəlib? Bəziləri deyirlər ki, bu hadisə ruhi cəhətdən baş verib. Quran bunu təsdiq edir? Ümumiyyətlə, bu məsələni dinə əsasən necə izah etmək lazımdır?

Cavab: Bu məsələdə əsas səhv budur ki, bəzi alimlər Quran ayələrini öz bildikləri kimi şərh edirlər. Halbuki Allah buna icazə vermir və belə deyir:

“Əlif, Lam, Ra. Bu elə bir kitabdır ki, ayələri möhkəm qılınmış, sonra hər şeyə hökm edən və hər şeydən xəbərdar olan Allah tərəfindən təfsilatla izah edilmişdir. Bu, Allahdan başqasına qul olmamağınız üçündür. (De ki,) Həqiqətən də, mən Onun tərəfindən sizə xəbərdarlıq edən və müjdələyənəm”. (Hud, 11/1-2)

Allah Quranın ayələrini məhz Quran ayələri ilə izah edib. Bu yoldan kənara çıxdıqda Quran-Sünnə vəhdəti pozulur və ziddiyyətlər yaranır. Biz bu məsələ ilə əlaqədar şərhi Quranın özündən götürməliyik. Çünki bununla əlaqədar bir ayə var və o ayədə Allah Təala belə buyurur:

“(Orada Muhəmmədin) gözü yayınmadı ((Onun gözü ora-bura yayınmadı. Hər şeyi olduğu kimi gördü.)) və həddi aşmadı”. (Nəcm, 53/17)

Deməli, gözün yayınmamağı və həddi aşmamaq ancaq ruh və bədən bir-biri ilə birləşdikdə mümkündür. Buna görə də merac hadisəsi peyğəmbərimiz (s. a. v.) ayıq olduqda və ruh-bədən vəhdəti daxilində baş verib. Bu hadisənin ruhi bir hadisə kimi meydana gəldiyini demək Qurana əsasən səhvdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.