Sual: Merac məsələsi ilə əlaqədar məlumatlarda deyilir ki, göyün hər bir qatında bir və ya iki peyğəmbər olur. Bu məlumatlar mötəbər mənbələrdə qeyd olunub? Həm də ki, nə üçün ancaq bu peyğəmbərlər var? Bəs o biri peyğəmbərlərin belə göy qatlarında məqamları yoxdur?
Cavab: Bu məsələ ilə əlaqədar məlumatlar Buxari və Müslimin külliyatları kimi səhih hədis kitablarında mövcuddur. Deyilir ki, adı çəkilən peyğəmbərlər dünyadakı mövqelərinə görə o məqamdadırlar. Biz bundan başqa bir məlumata rast gələ bilmədik.
Rəvayətlərə əsasən yeddi qat göydə olan peyğəmbərlər bunlardır: Birinci qat səmada Adəm peyğəmbər, ikinci qat səmada Yəhya və İsa peyğəmbər, üçüncü təbəqədə Yusuf peyğəmbər, dördüncüdə İdris peyğəmbər, beşinci qatda Harun peyğəmbər, altıncı qat səmada Musa əleyhissəlam və yeddinci qatda İbrahim peyğəmbər. ((Buxari, Mənaqibul-Ənsar, 42.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.