Sual: Merac hadisəsi Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin hansı dövrünə təsadüf edir?
Cavab: Mənbələrdə merac hadisəsinin meydana gəldiyi vaxt haqqında bəzi tarixlər qeyd olunur. Bu barədə ən səhih (mötəbər, dəqiq) qəbul olunan rəvayət belədir: Bu hadisə müsəlmanların Həbəşistana etdikləri 1-ci və 2-ci hicrətlərdən sonra, yəni, həzrəti Xədicə və Əbu Talibin vəfat etdikləri vaxtdan sonrakı dövrdə, hicrətdən 1 il qabaq baş verib. ((İbn Kəsirdən nəql etməklə Salih Sabri Yavuz, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, “Mirac” bəndi, 30-cu cild, s. 132.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.