Müsəlmanlar
Kişi öldü. Anası, atası, arvadı və üç qızı onun mirasını necə bölüşə bilərlər?

Kişi öldü. Anası, atası, arvadı və üç qızı onun mirasını necə bölüşə bilərlər?

Sual: Bir kişi öldü. Özündən sonra anası, atası, arvadı və üç qızı qaldı. Həmin adamın qoyub getdiyi mirası nə cür bölüşdürmək lazımdır?

Əvvəlcə arvadı mirasın səkkizdə birini almalıdır. Bundan sonra yerdə qalan mal-mülkü ayrılıqda hesablanmalıdır. Atası və anası mirasın altıda birini almalıdır. Üçdə iki hissə də mirası qoyub gedənin üç qızına verilməlidir.

Başqa cür izah edək:

Mirası 144 hissəyə bölmək lazımdır. Bunun səkkizdə birini, yəni, 18 payı ölən kişinin arvadı özünə götürür. Yerdə qalan 126 hissənin altıda biri olan 21 pay anaya, 21 pay da ataya verilməlidir. 84 hissə isə qızlarının hər birinə 28 pay olmaqla verilməlidir. Beləliklə, 18+21+21+28+28+28=144.