Müsəlmanlar
Varlı uşaqlar zəkat verməlidirlər?

Varlı uşaqlar zəkat verməlidirlər?

Sual: Var-dövləti olan uşaqlar zəkat verməlidirlər?

Zəkat bir ibadətdir. Namaz qılmaq, oruc tutmaq və Həccə getmək uşaqlara vacib deyil. Eynilə bunun kimi zəkat vermək də vacib deyil.

Şafii məzhəbinin fikirlərinə əsasən zəkat uşaqlara və ağlı-kamalı düzgün olmayan (əqli cəhətdən qüsurlu) insanlara məxsus mallardan da alınmalıdır. Çünki zəkat mal-mülklə əlaqədar bir borcdur. Əgər malın yiyəsi müsəlmandırsa, uşaq və ya dəli olsa da, onun malından zəkat alınır.