Müsəlmanlar
Zəkat verdiyimiz vaxt nəyə çox fikir verməliyik?

Zəkat verdiyimiz vaxt nəyə çox fikir verməliyik?

Sual: Biz keçən il bir mağaza açdıq. Cəmi 14 aydır. Əlimizdə bir az maya var idi. Dükan işə başladıqdan sonra Allaha şükür, bir az da qazancımız oldu. Keçən il hələ təzə iş yeri olduğuna görə zəkat vermədik. Hər yerdə olduğu kimi, bizim də həm alacağımız var, həm də borcumuz. Mağazada bir qədər də satılıq mal var. Zəkat verdikdə hansı məsələyə xüsusi diqqət yetirməliyik? Malların alış qiymətini nəzərə almalıyıq, yoxsa satış qiymətini?

Mağazanızdakı malların qiymətini sizə neçəyə başa gəlibsə, ona əsasən hesablayın. Alacağınız pulları da buna əlavə edin. Sonra borclarınızı çıxın. Yerdə qalan malın 2,5 %-ini (qırxda birini) zəkat verin.